İspaniyanın “Atletiko” klubunun futbolçusu Saul Niqes Madrid təmsilçisindən ayrılmağa qərar verib.

Rekord.az xəbər verir ki, bu barədə 26 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesablarında paylaşım edib.

İspaniyalı oyunçu bildirib ki, 3 gündən sonra yeni klubunun adı bəlli olacaq.

Saul Niqesin İngiltərənin "Mançester Yunayted" klubuna transfer olunacağı gözlənilir.

Qeyd edək ki, "Atletiko"nun öz yetirməsi olan İspaniya millisinin üzvü cari mövsüm 37 oyuna 4 qol vurub. O, 2013/14 mövsümündə icarə əsasında “Rayo Valyekano”da da çıxış edib.