İspaniya millisinin üzvü koronavirusa yoluxdu
- 16 Mar 2020 15:41
- 591
İspaniyanın “Valensiya” klubunun komanda üzvlərindən və texniki heyətdən bütövlükdə 5 nəfərin koronavirusa yoluxduğunu xəbər vermişdik.
Rekord.az xəbər verir ki, Ezekiel Qaray və Elyakim Manqaladan sonra daha bir “Valensiya”lı futbolçu koronavirusa yoluxduğunu açıqlayıb.
Bu, La Liqa təmsilçisinin müdafiəçilərindən olan Xose Luis Qayadı. Bu barədə 24 yaşlı futbolçu rəsmi instagram hesabından məlumat yayıb. Qaya koronavirus testinin müsbət çıxdığını bildirib.
“Valensiya”nın digər koronavirusa yoluxan futbolçuları – Qaray və Manqala da müdafiə xəttində çıxış edirdi.
“Valensiya” ilə bu mövsümdə 28 oyunda iştirak edən Qaya, İspaniya milli komandasına da dəvət alır.