Bu gün AÇ-2024-ün seçmə qrup mərhələsində 7-cı tura start verilib.

Rekord.az xəbər verir ki, ilk gündə 8 görüş baş tutub.

A qrupunda İspaniya və Şotlandiya yığmalarının oyunu böyük maraqla gözlənilirdi. Meydan sahibləri bu oyunda inamlı qələbəyə seviniblər.

D qrupunda isə Xorvatiya və Türkiyə yığmaları liderlik uğrunda ölüm-dirim savaşına çıxıblar. Qarşılaşma “ay-ulduzlular”ın çox vacib qələbəsiylə yekunlaşıb. Latviya yığması da Ermənistanı məğlub yola salıb.

E qrupunda Albaniya Çexiyanı, Farer adaları Polşanı sınağa çəkib. Albanlar evdə, polyaklar səfərdə qələbə qazanıblar.

AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi

12 oktyabr

A qrupu

İspaniya – Şotlandiya 2:0
Qollar: Morata, 74. Sanset, 86.

Kipr – Norveç 0:4
Qollar: Sörlot, 33. Haland, 65; 72. Aursnes, 81.

Xal: Şotlandiya – 15. İspaniya – 12. Norveç – 10. Gürcüstan – 4. Kipr – 0.

D qrupu

Latviya – Ermənistan 2:0
Qollar: İkaunieks, 39. Balodis, 68.

Xorvatiya – Türkiyə 0:1
Qol: B.Yılmaz, 30.

Xal: Türkiyə – 13. Xorvatiya – 10. Ermənistan – 7. Uels – 7. Latviya – 3.

E qrupu

Albaniya – Çexiya 3:0
Qollar: Asani, 9. Seferi, 51; 73.

Farer adaları – Polşa 0:2
Qollar: Şimanski, 4. Buksa, 65.

Xal: Albaniya – 13. Polşa – 9. Çexiya – 8. Moldova – 8. Farer adaları – 1.

İ qrupu

Andorra – Kosovo 0:3
Qollar: Raşiça, 26; 71. Zeqiri, 83.

Belarus – Rumıniya 0:0

Xal: İsveçrə – 14. Rumıniya – 13. İsrail – 11. Kosovo – 7. Belarus – 5. Andorra – 2.