Futbol üzrə İspaniya Super Kubokunun qalibi məlum olub.

Rekord.az xəbər verir ki, həlledici görüşdə “Barselona” və “Atletik” komandaları üz-üzə gəliblər.

Matçın əsas vaxtı 2:2 hesabıyla bitib. Əlavə edilmiş vaxtda daha bir qol vuran “Atletik” Super Kubokun qalibi olub. 

Bilbao təmsilçisi klub tarixində 3-cü dəfə İspaniya Super Kubokunu qazanıb.

İspaniya Super Kuboku
Final

17 yanvar

Barselona – Atletik 2:3
Qol: Qrizmann, 40; 77 – De Markos, 42. Vilyalibre, 90. Uilyams, 94.