İspaniya Ukraynaya uduzdu, Almaniya xal itirdi
- 14 Okt 2020 00:45
- 661
Bu gün futbol üzrə UEFA Millətlər Liqasında qrup mərhələsinin 4-cü turuna start verilib.
Rekord.az xəbər verir ki, ikinci dövrənin ilk oyun günündə 7 matç baş tutub.
A liqasında Ukrayna İspaniyanı qəbul edib. İspanlar bu görüşdə minimal hesabla məğlub olublar. Almaniya isə öz meydanında İsveçrə ilə üz-üzə gəlib. Altı qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.
C liqasında Azərbaycan Kipri, Monteneqro Lüksemburqu sınağa çəkib. Millimizin heç-heçəyə razılaşdığı gündə rəqiblərimizin duelində Lüksemburq səfər qələbəsi sayəsində Monteneqro ilə xallarını bərabərləşdirib.
Qitənin ən zəif millilərinin yer aldığı D liqasında üç görüş baş tutub. Latviya evdə Maltaya uduzubsa, Farer adaları Andorranı məğlub yola salıb. Lixtenşteyn – San Marino matçında isə qapılara qol vurulmayıb.
UEFA Millətlər Liqası
13 oktyabr
A liqası, 4-cü qrup
Ukrayna – İspaniya 1:0
Qol: Tsiqankov, 76.
Almaniya – İsveçrə 3:3
Qol: Verner, 28. Haverts, 55. Qnabri, 60 – Qavranoviç, 5; 57. Freuler, 26.
İspaniya – 7, Almaniya – 6, Ukrayna – 6, İsveçrə – 2
C liqası, 1-ci qrup
Azərbaycan – Kipr 0:0
Monteneqro – Lüksemburq 1:2
Qol: İvanoviç, 34 – Muratoviç, 42. Sinani, 86.
Lüksemburq – 9, Monteneqro – 9, Azərbaycan – 4, Kipr – 1
D liqası, 1-ci qrup
Latviya – Malta 0:1
Qol: Borq, 90+7.
Farer adaları – Andorra 2:0
Qol: Olsen, 19; 33.
Farer adaları – 10, Malta – 5, Latviya – 3, Andorra – 2
2-ci qrup
Lixtenşteyn – San Marino 0:0
Cəbəllütariq – 6, Lixtenşteyn – 4, San Marino – 1