İspaniya və Portuqaliyadan qələbə
- 09 Sen 2024 01:02
- 131
UEFA Millətlər Liqasında 2-ci tur start götürüb.
Rekord.az xəbər verir ki, millimizin yer aldığı qrupda İsveç növbəti qələbəsini qazanıb.
Skandinaviyalılar öz meydanında Estoniyanı məğlub ediblər.
Avropa çempionu İspaniya səfərdə İsveçrəyə qalib gəlib. "Qırmızı furiya" 4:1 hesabı ilə üstün olub.
Portuqaliya ardıcıl ikinci qələbəsini əldə edib. İlk turda Xorvatiyadan güclü olan portuqaliyalılar bu dəfə Şotlandiyanı evə əliboş yola salıblar.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 2-ci tur
8 sentyabr
A Liqası, 1-ci qrup
Xorvatiya – Polşa 1:0
Qol: Modriç, 52.
Portuqaliya – Şotlandiya 2:1
Qol: B.Fernandes, 54. Ronaldo, 88 – Maktominey, 7.
Xal: Portuqaliya – 6. Xorvatiya – 3. Polşa – 3. Şotlandiya – 0.
A Liqası, 4-cü qrup
Danimarka – Serbiya 2:0
Qollar: Qronbaek, 36. Poulsen, 61.
İsveçrə – İspaniya 1:4
Qollar: Amduni, 41 – Xoselu, 4. F.Ruis, 13; 77. F.Torres, 80.
Xal: Danimarka – 6. İspaniya – 4. Serbiya – 1. İsveçrə – 0.
C Liqası, 1-ci qrup
Slovakiya – Azərbaycan 2:0
Qollar: Duda, 22-pen. Streleç, 26.
İsveç – Estoniya 3:0
Qollar: Qyokereş, 30; 44. İsak, 40.
Xal: İsveç – 6. Slovakiya – 6. Estoniya – 0. Azərbaycan – 0.
C Liqası, 3-cü qrup
Lüksemburq – Belarus 0:1
Qol: Qromko, 76.
Bolqarıstan – Şimali İrlandiya 1:0
Qol: Despodov, 40.
Xal: Belarus – 4. Bolqarıstan – 4. Şimali İrlandiya – 3. Lüksemburq – 0.
D Liqası, 1-ci qrup
Cəbəllütariq – Lixtenşteyn 2:2
Qollar: Uolker, 8. Skanlon, 90+7 – F.Sağlam, 53. Hasler, 90+14-pen.
Xal: San Marino – 3. Cəbəllütariq – 1. Lixtenşteyn – 1.