Almaniyada təşkil edilən futbol üzrə Avropa çempionatında bu gün  1-ci turun növbəti oyunları keçirilir.

Rekord.az xəbər verir ki, 2-ci oyun gününün ikinci görüşü də başa çatıb.

B qrupunun ilk görüşündə İspaniya və Xorvatiya milliləri üz-üzə gəlib. Görüş İspaniyanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

B qrupununun daha bir matçında İtaliya və Albaniya milliləri qarşı-qarşıya gələcək. Oyun saat 23:00-da start götürəcək.

AÇ-2024
B qrupu

15 iyun

İspaniya - Xorvatiya 3:0
Qollar: Morata, 29. F.Ruis, 32. Karvahal, 45+2.
Baş hakim: Maykl Oliver (İngiltərə).
Berlin, Olimpiya stadionu.