İspaniya yığması dördüncü dəfə Avropa çempionu oldu
- 15 İyl 2024 01:03
- 184
Bu gün Almaniyada təşkil olunmuş Avropa çempionatının final oyunu keçirilib.
Rekord.az xəbər verir ki, həlledici oyunda İspaniya və İngiltərə yığmaları üz-üzə gəliblər.
İspaniya yığması həlledici oyundan qalib ayrılmaqla 4-cü dəfə Avropa çempionu adını qazanıb. Bu komandaya qələbə gətirən qolları Niko Uilyams və Mikel Oyarzabal vurub. İngiltərə yığmasından isə Koul Palmer fərqlənib. Beləliklə İspaniya millisi İngiltərəni 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.
AÇ-2024
Final
14 iyul
İspaniya – İngiltərə 2:1
Qollar: Niko Uilyams, 47. Mikel Oyarsabal, 86 – Koul Palmer, 73.
Baş hakim: Fransua Leteksye (Fransa)
Berlin. Olimpiya stadionu.
İspaniya: Unai Simon; Dani Karvahal, Robin Le Normand, Emerik Laport, Mark Kukurella, Rodri, Fabian, Dani Olmo, Lamine Yamal, Nico Uilliyams, Morata
İngiltərə: Pikford, Quehi, Stounz, Uolker, Şou, Saka, Kobbi, Rays, Bellinqem, Foden, Keyn