İspaniya yığması İtaliya üzərində qələbə ilə finalda!
- 07 Okt 2021 00:47
- 498
Bu gün futbol üzrə UEFA Millətlər Liqasında final mərhələsinə start verilib.
Rekord.az xəbər verir ki, “Dördlər finalı”nda İtaliya, İspaniya, Belçika və Fransa yığmaları mübarizə aparır.
Yarımfinalın ilk oyununda son Avropa çempionu İtaliya ilə İspaniya üz-üzə gəlib. Milandakı “San-Siro” stadionunda oynanılan bu qarşılaşma ispanların qələbəsiylə yekunlaşıb.
Digər yarımfinal görüşü oktyabrın 7-də Belçika və Fransa yığmaları arasında olacaq.
Oktyabrın 10-da isə 3-cü yer uğrunda və final oyunları keçiriləcək. Bütün matçlar İtaliyada gerçəkləşəcək.
Qeyd edək ki, ikinci dəfə təşkil olunan “Dördlər finalı”nda ilk qalib Portuqaliya millisi olub.
UEFA Millətlər Liqası
Yarıminal
6 oktyabr
İtaliya – İspaniya 1:2
Qol: L.Pelleqrini, 83 – F.Torres, 17; 45+1.
Qırmızı vərəqə: L.Bonuççi, 42.
Hakimlər: Sergey Karasyov, İqor Demeşko, Maksim Qavrilin (Rusiya).
Milan. “San-Siro” stadionu.
İtaliya: Canluici Donnarumma, Emerson, Leonardo Bonuççi (k), Alessandro Bastoni, Covanni Di Lorentso, Marko Verratti, Jorjinyo, Nikolo Barella, Federiko Bernardeski, Lorentso İnsinye, Federiko Kyeza.
Ehtiyat oyunçular: Salvatore Siriqu, Aleks Meret, Corcinyo Kyellini, Davide Kalabriya, Françesko Açerbi, Federiko Dimarko, Manuel Lokatelli, Brayan Kristante, Lorentso Pelleqrini, Domeniko Berardi, Cakomo Raspadori, Moyze Kin.
Baş məşqçi: Roberto Mançini.
İspaniya: Unay Simon, Sesar Aspilikueta, Pau Torres, Emerik Lyaport, Markos Alonso, Serxio Buskets (k), Koke, Qavi, Ferran Torres, Mikel Oyarzabal, Pablo Sarabiya.
Ehtiyat oyunçular: David De Xea, Robert Sançes, İnyiqo Martines, Erik Qarsiya, Serxi Roberto, Pedro Porro, Serxi Regilon, Rodri, Mikel Merino, Pablo Fornals, Brian Xil, Eremi Pino.
Baş məşqçi: Luis Enrike.