Bakının qadın voleybolçulardan ibarət "Azərreyl" klubu daha bir legioneri həyətinə qatıb. "Rekord.az" xəbər verir ki, ölkəmizi avrokubokda təmsil edəcək komandamız bu dəfə ispaniyalı voleybolçu ilə razılığa gəlib.

"Azərreyl"in növbəti oyunçusu İspaniya yığmasının üzvü Anna Nyusom olub. 23 yaşlı voleybolçu ən azı bir il Bakı klubunun formasını geyinəcək.

Qeyd edək ki, "dəmiryolçular"ın sırasına qoşulan Nyusom İspaniyanın Barselona klubunun yetirməsidir.