Türkiyənin "Eyüpspor" klubunun baş məşqçisi Arda Turan barədə İspaniyada həbs qərarı verilib.

Rekord.az xəbər verir ki, Türkiyə millisinin sabiq üzvü "Atletiko" və "Barselona"da çıxış edərkən vergidən yayınmaqda ittiham olunub. 

İspaniya məhkəməsi Arda Turan barəsində 1 il həbs qərarı çıxarıb. Həmçinin o, 633 min avro cərimə edilib.

Arda vergidən yayındığını etiraf edib. Həbs müddəti 2 ildən az olduğu üçün keçmiş futbolçu təkcə pul cəriməsini ödəyəcək.

Arda Turan 2011-2015-ci illərdə "Atletiko"da, 2015-2018-ci illərdə isə "Barselona"da çıxış edib.