İspaniyada azarkeş qadağası tamamilə ləğv edildi
- 25 İyn 2021 14:42
- 500
Növbəti mövsümdən İspaniyada futbol və basketbol oyunlarına stadionların tam tutumu sayında azarkeşlər buraxılacaq.
Rekord.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti qərar verib.
İspaniyanın Səhiyyə naziri Karolina Darias isə açıqlamasında növbəti mövsümdən pandemiyadan əvvəl olduğu kimi stadionların tam tutumu sayında azarkeşlərin qəbul ediləcəyini bildirb:
“Futbol və basketbol yarışlarında stadion və idman arenalarına azarkeşlərin gəlməsi baxımından normal vəziyyətimizə. Qayıdırıq”.
Qeyd edək ki, İspaniyada bu gün açıq havada maska taxmaq qaydası 1,5 metrlik məsafə saxlamaq şərti ilə aradan götürülüb.