İspaniyanın “Espanyol” klubunun sabiq qapıçısı və məşqçisi Benito Xoanet koronavirusun qurbanı olub.

Rekord.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə Benitonun 84 yaşında bu xəstəlikdən vəfat etdiyi qeyd olunub. Bir neçə ay əvvəl isə Xoanet insult keçiribmiş.

Xatırladaq ki, ötən həftə İspaniyada “Real”ın sabiq prezidenti Lorenso Sans da 76 yaşında koronavirusdan vəfat etmişdi. Daha öncə isə bu ölkənin həvəskarlardan ibarət “Atletiko Portado Alta” klubunun futbolçusu Fransisko Qarsiya koronavirusun qurbanı olmuşdu.