İspaniyada gənc futbolçunun cəsədi tapıldı
- 16 Okt 2023 18:20
- 271
İspaniyanın "Kordoba" klubunun 18 yaşlı futbolçusu Alvaro Prietonun cansız bədəni aşkarlanıb.
Rekord.az xəbər verir ki, bu barədə yerli AS nəşri məlumat yayıb.
Cəsəd Sevilya şəhərinin Santa-Xusta stansiyasında, körpünün altındakı iki vaqon arasında tapılıb.
Qeyd edək ki, gənc oyunçu bir neçə gün əvvəl itkin düşmüşdü.