İspaniyada klubların məşqlərə başlamasına icazə verildi
- 29 Apr 2020 11:40
- 543
İspaniyada futbol klubları mayın 4-dən etibarən məşqləri bərpa edə biləcəklər.
Rekord.az xəbər verir ki, bunu ölkənin baş naziri Pedro Sançes Nazirlər Şurasının ötən gün baş tutan iclasından sonra deyib.
Hökumət rəsmisi bildirib ki, komandalar öz bazalarında hazırlığa başlaya bilərlər.
Qeyd edək ki, İspaniyada yerli liqalar martın 12-də koronavirus pandemiyasına görə dayandırılıb. Çempionatın nə vaxt bərpa olunacağı isə hələ bilinmir.