İspaniyada yeni mövsüm sentyabrda başlayacaq
- 28 Mar 2020 12:40
- 602
Futbol üzrə İspaniya La Liqasında növbəti mövsümə sentyabr ayında start veriləcək.
Rekord.az “Marca”ya istinadən xəbər verir ki, La Liqa rəhbərliyi koronavirus pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyətlə əlaqədar yeni mövsümün startını da gecikdirməli olacaq.
Məsələ burasındadı ki, İspaniya çempionatında da cari mövsüm əksər ölkə birincilikləri kimi, yarıda qalıb. 27 turu geridə qalan La Liqanın yerdə qalan turlarının oynanılması üçün də müəyyən planlar var. Belə ki, yarışın təşkilatçıları vəziyyət düzələn kimi bu mövsümün qalan oyunlarını 2-3 günlük fasilə ilə keçirməyi planlaşdırır. Lakin bu da 2019/20 mövsümünün növbəti mövsümün startına qədər başa çatdırılması üçün yetərli olmaya bilər. Belə olan halda yeganə çıxış yolu yeni mövsümə avqustda yox, sentyabrda start verilməsini şərtləndirir.
Qeyd edək ki, İspaniyada milli çempionatların may ayında bərpa olunması planlaşdırılır.