İspaniya milli komandası ilə Avropa çempionu olan "Atletik"in qapıçısı Unai Simon biləyindən əməliyyat olunub. 

Rekord.az "Marca"ya istinadən xəbər verir ki, 27 yaşlı qolkiperin sağalması təxminən 4-5 ay vaxt aparacaq.

Xatırladaq ki, Almaniyada keçirilən AÇ-2024-də Simon 6 oyuna çıxıb və 4 qol buraxıb.