Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Niderland və İngiltərə yığmaları arasında keçirilən yarımfinal görüşü başa çatıb.

Rekord.az xəbər verir ki, Dortmunddakı “Siqnal İduna Park"da İngiltərə millisi qələbə qazanıb - 2:1.

Matçda 7-ci dəqiqədə Xavi Simons "narıncılar"ı hesabda önə çıxarıb. İngiltərə millisinin heyətində 18-ci dəqiqədə Harri Keyn bərabərlik qolunu vurub. 90+1-ci dəqiqədə isə Olli Uotkins adını tabloya yazdırmaqla ingilislərin qalibiyyət qoluna imza atıb.

Finala yüksələn Qaret Sautqeytin rəhbərlik etdiyi yığma həlledici mərhələdə İspaniya seçməsinə rəqib olub. Final qarşılaşması iyulun 14-ü, saat 23:00-da keçiriləcək.

AÇ-2024
Yarımfinal

10 iyul

Niderland – İngiltərə 1:2
Qollar: Xavi Simons, 7 – Harri Keyn, 18. Olli Uotkins, 90+1.
Baş hakim: Feliks Svayer (Almaniya).
Dortmund. “Siqnal İduna Park” stadionu.