İspaniyanın məşhur klubu üçün müflis olmaq təhlükəsi
- 18 Avq 2020 16:21
- 638
İspaniyanın “Valensiya” klubu ciddi maliyyə problemi ilə üzləşib.
Rekord.az yerli mətbuata istinadən xəbər verir ki, futbolçuların məvacibini ödəməkdə çətinlik çəkən “yarasalar” onlara pulun əvəzinə veksel təklif edib.
Bu, oyunçuların maaşlarını ala biləcəklərinin təminatıdır. Veksellərin 2021-ci ilin sentyabrından tez verilməyəcəyi bildirilib.
"Valensiya"nın koronavirus pandemiyası səbəbindən bütün gəlirlərindən məhrum olub. İş o yerə çatıb ki, klubun maliyyə direktoru İnma İbanyes şəxsən futolçularla görüşərək onlara maaş vermək iqtidarında olmadığını etiraf edib. Hətta La Liqa təmsilçisinin yaxın vaxtlarda müflis elan ediləcəyi gözlənilir.
Qeyd edək ki, "Valensiya" İspaniya çempionatında 2019/20 mövsümünü 9-cu pillədə başa vurub.