İsrafilov Azərbaycan millisinin heyətindən çıxarıldı
- 09 Okt 2023 20:30
- 361
Eddi İsrafilov Azərbaycan millisinin heyətindən çıxarılıb.
Rekord.az AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, buna səbəb yarımmüdafiəçinin zədədən əziyyət çəkməsidir.
“Neftçi”nin oyunçusu AÇ-2024-ün seçmə mərhələsində Estoniya və Avstriya ilə keçiriləcək qarşılaşmalarda iştirak edə bilməyəcək.
Oktyabrın 13-də Estoniyanın qonağı olacaq yığmamız bundan üç gün sonra Bakıda Avstriyanı qəbul edəcək.