ISSF prezidenti: "Azərbaycan dünyada adından söz etdirən bir ölkədir"
- 01 May 2024 17:00
- 192
"Azərbaycan dünyada adından söz etdirən bir ölkədir. Bu istiqamətdə də önəmli addımlar atır".
Rekord.az xəbər verir ki, bunu Beynəlxalq İdman Atıcılığı Federasiyasının (ISSF) prezidenti Lusiano Rossi deyib.
Qurum rəhbəri yenidən Azərbaycanda olduğu üçün məmnunluq hissi duyduğunu bildirib: “Azərbaycan hər sahədə təşkilatçılığı yüksək səviyyədə həyata keçirdiyi üçün bura böyük məmnuniyyətlə gəlirəm. Dünya Kubokunda 84 ölkədən idmançılar çıxış edəcəklər. Bu, Azərbaycanın idmana çox böyük diqqət və qayğısının göstəricisidir. Bakıya növbəti səfərlərimdən birini edirəm. Hər dəfə böyük qonaqpərvərliklə rastlaşıram. Şəhəriniz ildən-ilə dəyişir”. (Report)
Qeyd edək ki, Dünya Kuboku mayın 2-dən 11-dək Bakı Atıcılıq Mərkəzində keçiriləcək.