İstanbul derbisi öncəsi ciddi itkilər
- 17 Fev 2020 13:20
- 762
Futbol üzrə Türkiyə Super Liqasının 23-cü turu çərçivəsində son çempionu “Qalatasaray” əzəli rəqibi “Fənərbaxça” ilə üz-üzə gələcək.
Rekord.az xəbər verir ki, İstanbul klubları derbiyə ciddi itkilərlə çıxacaqlar.
“Fənərbaxça”nın kapitanı Əmrə Bələzoğlu derbini zədə səbəbindən buraxmalı olacaq. O, Super Liqanın 22-ci turunun “Ankaragücü” ilə matçında (1:2) zədələnib. Bu zədə səbəbindən Əmrə, bir müddət yaşıl meydanlardan uzaq qalacaq. 39 yaşlı yarımmüdafiəçinin fevralın 23-də baş tutacaq “Qalatasaray”la qarşılaşmanı buraxacağı dəqiqdi.
Əmrənin digər komanda yoldaşı Luis Qustavo da “Qalatasaray”a qarşı oynaya bilməyəcək. Braziliyalı futbolçu isə “Ankaragücü” ilə oyunda sarı vərəqə almaqla cəzalı duruma düşüb.
“Qalatasaray” da derbi öncəsi Mario Leminanı itirib. O, “Yeni Malatyaspor”la matçda (1:0) zədələnib. Matçın sonlarında aldığı zədə səbəbindən sonadək oynaya bilməyən futbolçunun durumuna yaxın günlərdə tam aydınlıq gələcəyi bildirilir.