Türkiyə Superliqasının 23-cü turunda "Qalatasaray" və "Fənərbağça" arasında keçiriləcək derbi matçını əcnəbi hakim idarə edəcək.


Rekord.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu bugünkü mətbuat konfransında açıqlama verib.


O, baş hakimin adını açıqlamasa da, tanınmış bir referinin olacağını bildirib. Türkiyə mətbuatının yaydığı xəbərlərə görə, görüşü sloveniyalı FİFA referisi Slavko Vinçiç idarə edəcək.


Fevralın 24-də keçiriləcək İstanbul derbisi Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.