İstedad yox, xarakter problemi YAZI
- 30 Mar 2020 12:00
- 712
Azərbaycan futbolundakı mövcud problemlər bir deyil, iki deyil. Oturub sadalamağa başlasaq bir çox probemlər ortaya çıxaca. Onsuz millimizin və klubıarımızın dünya reytiqn sıralamasındakı reytiqnləri hər şeyi açıq güzgü kimi ortaya qoyur. Azərbaycan futbolunun ən yaralı yerlərindən biri də ölkə xaricində legioner futbolçularımızın demək olar ki, olmamasıdır. Olanlar da onsuz öz klublarının aparıcı üzvünə çevrilə bimirlər və daha çox oyuna sonradan qoşulurlar. Elə milli komandamızın zəif çıxışının birbaşa səbəblərindən biri də məhz budur. Çünki dediyimiz məsələ dəfələrlə praktikada özünü doğruldub ki, ölkə xaricində nə qədər çox futbolçu çıxış etsə, milli komanda bir o qədər gülü olacaq. Bu, daha çox orta və aşağı səviyyəli millilərə aiddir. Ümumiyətlə, güclü milli komanda qurmağın iki yolu var. Ya güclü çempionatın olmalədər, ya da ölkə xaricində oynayan güclü futbolçuların. Bizdə isə bunların heç biri olmadığından, vəziyyət acınacaqlı olaraq qalmaqdadır.
Hazırda xaricdə cəmi iki futbolçumuz oynayır. Bunlar Bosnyada çıxış edən Elvin Yunuszadə və Moldovada forma geyinən Nurlan Novruzovdur. Dmitri Nazarov, Pavel Paşayev, Almeydanı bizlərdən hesab etmədiyim üçün adlarını çəkmədim. Bir sözlə, durum arzuolunmazdı. Çünki bizim gözlədiyimiz odur ki, bu futbolçularımız daha yaxşı çıxış etməklə digər azərbaycanlı gənclərin də Avropaya yolunu açsın. Desək ki, bizimkilərdə bu potensial yoxdur, yalan olar. Çünki bir vaxtlar ölkə xaricində legioner həyatı yaşayan yetərincə futbolçularımız olub. İlk dəfə ölkə xaricinə yollanan futbolçularımız Nazim Süleymanovla Vəli Qasımov olublar. Vəli Qasımov, ümumiyyətlə 15 yaşında vətəni tərk edərək Ukraynaya yollanıb və 16 yaşında artıq bu ölkənin I dəstəsində oynamağa başlayıb. Sonradan isə Azərbaycana qayıdıb və “Neftçi”nin aparıcı futbolçularından birinə çevrilib. \
SSRİ dağılandan sonra isə yenidən Rusiyaya üz tutaraq “Dinamo”nun şərəfini qorumağa başlayıb. Çox qürurvericidir ki, Qasımov indiki futbolçulardan fərqli olaraq, qısa zamanda Moskva klubunun aparıcı üzvünə çevriliv və ilk Rusiya çempionatının bombardiri olub. Məhz Rusiyadakı çıxışlarından sonra ispaniyalı futbol seleksionerləri onu bəyənib və nəticədə Vəli “Betis”ə keçib. Bununla da o, “böyük beşlik”də oynamış ilk və hələ ki yeganə futbolçu kimi tarixə düşüb, Primeronun bürünc medallarını alıb. Nazim Süleymanov isə gənc yaşlarında Moskva “Spartak”nın düşərgəsinə yollanıb. Orada müəyyən probıemlərlə üzləşsə də, ruhdan düşməyib və inbdikilər kimi qayıdıb geri gəlməkdənsə Vladiqafqaza yollanıb, “Alaniya” ilə müqavilə bağlayıb. Nazim də orada klubun əvəzolunmaz futbolçularından birinə çevrilib, Rusiya çempionu, Rusiya çempionatının bombardiri adını qazanıb, uzun müddət Rusiya çempionatında ən çox qol vuran əcnəbi futbolçu statusunu daşıyıb. Daha sonra isə Arif Əsədov, Qurban Qurbanov kimi futbolçularımız da Rusiyada legioner həyatı yaşayıblar. Kamal Quliyevlə Samir Əliyev isə çıxış etdikləri Ukrayna çempionatında yaxşı mənada ad çıxarmağı bacarıblar. Mahmud Qurbanov isə çıxış etdiyi “Tavriya”nın baş məşqçisi tərəfindən “professor” ləqəbinə layiq görülüb. Belə ki, bu futbolçuların formasını geyindiyi Lutskun “Voln” klubunun azarkeşləri ində də Kamalı və Samiri böyük hörmətlə xatırlayırlar. Demək ki, problem sırf xarakterlə bağlıdır. O düzəlməyincə, futbolumuz da düzəlməyəcək.
Anar XANLAROV