Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsi çərçivəsində baş tutan “Baku Sportinq”lə oyundan sonra “Kəpəz”in baş məşqçisi Adil Şükürov matçla bağlı fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, o, 2:0 hesablı qələbəni belə şərh edib:

“Çox ağır bir oyun oldu. İlk növbədə çox şükürlər olsun ki, bu mərhələni adladıq. Mən bütün azarkeşlərimizə minnətdarlıq edirəm, bizə sona kimi dəstək verdilər. Bizi tək qoymurlar. Hər zaman yanımızdadırlar. Əlavə hissələrə qədər uzanan oyun izlədik. Qol epizodlarımız oldu. Komanda çalışdı ki, daha yaxşı oyun göstərsin. İstədiklərimizə hələ tam nail ola bilməmişik. Bunun üçün vaxt lazımdır. Çalışırıq, qarşıda "Sabah" ilə çətin oyunumuz var. İnşallah, uşaqlar həmin vaxta kimi bərpa olunub, oyuna rahat çıxa bilərlər".