“İstədiyim "Araz-Naxçıvan" bu deyil” – Azər Bağırov
- 10 Noy 2023 23:49
- 265
“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib.
Rekord.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Vacib qələbə qazandılar. "Qarabağ"la matçdan sonra hələ ki, oyunumuzu tapa bilmirik. Ola bilsin, hansısa epizodları düzgün edirik, amma istədiyim "Araz-Naxçıvan" bu deyil. Oyunu analiz edən zaman futbolçulara bildirdik ki, rəqib kəsərli hücumlar qurur, bundan sığortalanmağın yollarını da demişdik. Səhvimiz hücum fazasına keçidlə bağlıdır. Biz elə komandayıq ki, yaratdığımız epizodları qola çevirməyəndə sonra daha çətin olur. Bəzi futbolçularımızın oyununda eniş var. Kuzmanoviç əvvəlki turlarda göstərdiyi performansdan uzaqdı, əvəzində Nuno daha yaxşı çıxış edir".