Türkiyənin "Hatayspor" klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Super Liqanın 9-cu turunda "Fənərbaxça"ya 2:4 hesabıyla uduzduqları səfər oyunu ilə bağlı fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, 24 yaşlı hücumçu bu barədə şəxsi “İnstagram” hesabında paylaşım edib.

"Güclü rəqib qarşısında istədiyimiz nəticəni qazana bilmədik. Cümə günü reallaşacaq növbəti matça köklənəcəyik".

Sözügedən oyuna start heyətində başlayan Dadaşov sonadək meydanda olub. "Hatayspor" oktyabrın 27-də "Kayserispor"u qəbul edəcək.