"Sabah"ın baş məşqçisi Krunoslav Renduliç Azərbaycan Premyer Liqasının 36-cı turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

“Oyun haqda heç nə deyə bilmərəm. Futbolçularım qəhrəmandır. Gəldiyimdən bəri 11 oyun keçirmişik və 8 qələbə qazanmışıq. Avropaya getməyə layiq biz idik. Bura gələndə demişdim ki, sona qədər 2-ci yer uğrunda mübarizə aparacağıq. Səhv də edə bilərik. Futbolçularım mükəmməl oyun sərgilədilər. Fikrimcə, ilk saniyədən sona qədər daha yaxşı idik. Çox xoşbəxtik. "Neftçi"yə bir, bizə üç xal lazım idi. İstədiyimiz üç xalı da qazandıq”.