"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 2-ci turu çərçivəsində "Şamaxı"ya qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, o, komandasının 1:0 hesablı qələbəsini belə şərh edib:

“Maraqlı oyun alındı. Hər iki komanda meydanda hücum futbolu oynamağa çalışdı. "Şamaxı" yeni komanda olsa da, Ayxan müəllim hər zaman əzmkar kollektiv formalaşdıra bilir. Bunu nəzərə alıb, həftə ərzində komandanı ağır oyuna kökləmişdik. Futbolçular verilən tapşırıqları yerinə yetirməyə çalışdılar. Tədricən daha yaxşı kollektiv görəcəyik. Komanda bunun siqnalını verir ki, hücum fazasında daha yaxşı oynayaq. Futbolçuları təbrik edirəm. İlk qələbəmizdir. İstədiyimiz yerə çatmaq üçün daha çox çalışmalıyıq".