Sentyabrın 3-də UEFA Millətlər Liqasının C1 qrupunun 6-cı turunun İsveç və Azərbaycan yığmaları arasında keçiriləcək oyununun biletləri satışa çıxarılacaq.

Rekord.az İsveç mətbuatına istinadən xəbər verir ki, biletlərin qiymətləri 99-399 İsveç kronu (təxminən 16-66 manat) aralığında dəyişir.

İsveç - Azərbaycan görüşü noyabrın 19-da "Friends Arena"da baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.