![photo](https://www.rekord.az/storage/uploads/5/musa-qurbanli-7.jpg)
İsveç klubu Musa Qurbanlını Konfrans Liqası üçün sifariş etdi
- 25 İyl 2023 16:30
- 292
İsveç "Yurqorden"i yay transfer pəncərəsində heyətinə qatdığı Azərbaycan millisinin futbolçusu Musa Qurbanlını Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunları üçün sifariş edib.
Rekord.az xəbər verir ki, İsveçrə "Lütsern"i ilə matçlar üçün Avropa futbol qurumuna göndərilən 23 nəfərlik iştirak ərizəsində 21 yaşlı hücumçunun da adı var.
Qeyd edək ki, Musa Qurbanlı "Yurqorden"ə "Qarabağ"dan keçib. Gənc forvard Stokholm təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.