![photo](https://www.rekord.az/storage/uploads/5/musa-10.jpg)
İsveç klubu Musa Qurbanlının transferini rəsmən açıqladı
- 05 İyl 2023 20:40
- 377
İsveçin "Yurqorden" komandası Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının transferini açıqlayıb.
Rekord.az xəbər verir ki, Stokholm təmsilçisi bununla bağlı sosial şəbəkə hesablarında video paylaşıb.
21 yaşlı forvardla 3 illik müqavilə imzalanıb.
"Neftçi"nin yetirməsi olan Musa Qurbanlı son olaraq "Qarabağ"da çıxış edib. O, "Zirə"nin də formasını geyinib.