İsveç millisinin üzvü: "Məni Krımdan qaçmağa ruslar məcbur etdi"
- 01 İyl 2021 15:45
- 569
İsveç yığmasının futbolçusu Qustav Svensson Krımda başına gələnlər barədə danışıb.
Rekord.az xəbər verir ki, 2104-cü ildə Rusiya Krımı işğal edərkən, Svensson “Tavriya”nın şərəfini qoruyub.
O, ukraynalılar haqda xoş fikir səsləndirib, rusları isə tənqid edib:
“Ukraynada sonuncu günümüzdən əvvəlki gecəni yaxşı xatırlayıram. Həmişə olduğu kimi, şam yeməyini evdə yox, restoranda edirdik. Restoranda ukraynalılardan ibarət musiqi qrupu ifa edirdi. Küçənin o biri üçündə isə snayper dayanmışdı. Krımın işğalı başlayanda isə qərar verdim ki, getmək lazımdır. Klub avtobus təşkil etdi. Amma bizi rus hərbçilər saxladılar. Onlar avtobusa daxil oldular, aqressiv tərzdə soruşdular: siz kimsiniz, Krımı niyə tərk edirsiz?” Avtomatların hədəfi altında pasportlarımızı göstərməli, onlara nələrisə izah etməli olduq. Məni Krımdan qaçmağa ruslar məcbur etdi. Ukrayna haqda isə təəssüratlarım əladır. Ukrayna xalqını, sabiq klubumu xoş hisslərlə xatırlayıram”.