İsveçdə koronavirus pandemiyasına görə dayandırılan futbol yarışlarının bərpasına ölkə rəhbərliyi tərəfindən icazə verilib.

Rekord.az xəbər verir ki, bu ölkədə iyunun 14-dən etibarən peşəkar idman növləri və futbol matçları bərpa ediləcək.

Lakin hökumətin verdiyi qərara əsasən, bütün yarışlar azarkeşsiz keçiriləcək. 

Qeyd edək ki, futbol üzrə İsveç çempionatında yeni mövsüm aprelin 17-də başlamalı olsa da, koronavirusa görə təxirə salınıb. Daha əvvəl liqanın iyunun 14-də başlayacağı ilə bağlı qərar verilib.