İsveçdə mövsüm başa çatdı, Emin və “Kalmar”...
- 03 Noy 2019 14:20
- 681
Futbol üzrə İsveç çempionatında mövsümə yekun vurulub.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin formasını geyindiyi “Kalmar” da sonuncu matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Sirius”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3.
Emin də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Kalmar” mövsümü 23 xalla 16 iştirakçı arasında 14-cü pillədə başa vurub. Mövsümün yekunlarına görə “Sundsvall” və “Eskilstuna” klubları elitanı birbaşa tərk etdiyi halda, “Kalmar” yüksək liqada qalmaq üçün 2-ci liqanın 3-cüsü ilə pley-off oyunlarında mübarizə aparacaq.
30 oyuna 66 xal toplayan “Yurqarden” İsveç çempionu olub. 2005-ci ildən bəri ilk dəfə çempion olan bu komanda 65 xala malik “Malmö” və “Hammarbü”nü qabaqlayıb. Sözügedən kollektivlər müvafiq olaraq gümüş və bürünc medallara sahib çıxıblar.