21 yaşadək fubolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində martın 26-da keçirilməli olan İsveçrə – Azərbaycan oyunu koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar qeyri-müəyyən vaxta təxirə salınmışdı.

Rekord.az xəbər verir ki, AFFA ilə İsveçrə Futbol Assosiasiyası arasında əldə olunmuş qarşılıqlı razılıq əsasında qarşılaşma bu il noyabrın 12-də keçiriləcək. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Oyunun stadionu və başlanma vaxtı barədə əlavə məlumat veriləcək.