İsveçrə millisinin baş məşqçisi: "Bakıya tez getmək üçün icazə almışıq"
- 10 Dek 2019 15:48
- 806
Avro-2020-də qrup mərhələsinin 2 oyununu Bakıda keçirəcək İsveçrə millisinin baş məşqçisi Vladimir Petkoviç ölkə mətbuatına müsahibə verib.
Rekord.az xəbər verir ki, 56 yaşlı mütəxəssis iyunda paytaxtımızda oynanılacaq görüşlərə hazırlıq baxımından şəhərimizə bir neçə gün tez gəlməyi qərar verdiklərini bildirib: “Komandada qalıb-qalmayacağımla bağlı qərarın fevralda veriləcəyinə ümid edirəm. Bu günə qədər əldə etdiyim nəticələrdən razıyam. Komandada gənc heyət qurulub. Hiss edirəm daha da çox irəliləyə bilərik. Avro-2020-də Bakıda keçirəcəyimiz oyunlara hazırlıq baxımından bu şəhərə 5-6 gün öncədən getmək üçün UEFA-dan icazə almışıq. Bu amil bizə mühitə uyğunlaşmağa da imkan verəcək. Bununla yanaşı turnir vaxtı əsas məşq bazamız Romada olacaq”.
Qeyd edək ki, A qrupunda yer alan İsveçrə millisi Bakı Olimpiya Stadionunda Türkiyə və Uelslə, Romada isə İtaliya ilə qarşılaşacaq.