İsveçrə millisinin baş məşqçisi: "Türkiyə demək olar ki, Vətənində oynayacaq"
- 26 May 2021 17:50
- 700
“Qrupumuzdakı komandaların hər biri ilə maraqlanmışam. Böyük ambisiyaları var”.
Rekord.az xəbər verir ki, bu sözləri İsveçrə millisinin baş məşqçisi Vladimir Petkoviç Avro-2020-dəki rəqibləri haqda danışarkən deyib.
İsveçrə millisi A qrupunda İtaliya ilə Romada, Uels və Türkiyə ilə Bakıda qarşılaşacaq.
Petkoviç matçların keçirilmə yeri baxımından bu oyunların onlar üçün çətin olacağını bildirib. Hətta o, Türkiyənin Vətənində oynayacağını vurğulayıb:
“İtaliya matçlarını evdə keçirəcək. Türkiyə, demək olar ki, onlar üçün Vətən kimi olan Azərbaycanda oynayacaq. Beləliklə, işimiz çətin olacaq.
Qrupdan çıxmaq bizim üçün yaxşı nəticə olar. Sonrasına baxarıq”.