AÇ-2024-ün seçmə mərhələsində 9-cu tura yekun vurulub.

Rekord.az xəbər verir ki, daha 3 qrupda ümumilikdə 7 oyun keçirilib.

B qrupunda Niderland evdə İrlandiyanı məğlub etdiyi üçün final mərhələsinə yüksəlib. Fransa isə Cəbəllütariqi 14 cavabsız qolla darmadağın edib.

D qrupundakı matçlardan sonra ikinci vəsiqənin sahibinə sonuncu turda aydınlıq gələcək.

I qrupunda isə Rumıniya İsraili məğlub edib, beləliklə, digər qarşılaşmaların nəticəsindən asılı olmayaraq, Rumıniya və İsveçrə Almaniyada keçiriləcək qitə birinciliyinə vəsiqə qazanıb.

AÇ-2024, seçmə mərhələ
18 noyabr

B qrupu

Fransa – Cəbəllüttariq 14:0
Qollar: E.Santos, 3-öz qapısına. Türam, 4. Zair-Emeri, 16. Mbappe, 30-pen; 74; 82. Klauss, 34. Koman, 36; 65. Fofana, 37. Rabyö, 63. Dembele, 73. Jiru, 89; 90+1.

Niderland – İrlandiya 1:0
Qol: Veqhorst, 12.

Xal: Fransa – 21. Niderland – 15. Yunanıstan – 12. İrlandiya – 6. Cəbəllüttariq – 0.

D qrupu

Ermənistan – Uels 1:1
Qollar: Zelarayan, 5 – Tiknizyan, 45+2-öz qapısına.

Latviya – Xorvatiya 0:2
Qollar: Mayer, 7. Kramariç, 16.

Xal: Türkiyə – 16. Xorvatiya – 13. Uels – 11. Ermənistan – 8. Latviya – 3.

İ qrupu

Belarus – Andorra 1:0
Qol: Laptev, 83.

İsrail – Rumıniya 1:2
Qollar: Zahavi, 2 – Puşkaş, 10. Haci, 63.

İsveçrə – Kosovo 1:1
Qollar: Varqas, 47 – Hüseni, 82.

Xal: Rumıniya – 19. İsveçrə – 17. İsrail – 12. Kosovo – 11. Belarus – 9. Andorra – 2.