Futbol üzrə Avropa çempionatında qrup mərhələsinin ilk turunun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, 2-ci oyun gününün ilk görüşü A qrupunda Macarıstan və İsveçrə yığmaları arasında baş tutub.

Dörd qolun qeydə alındığı oyunda İsveçrə yığması qalib gəlib.

Bu gün daha iki oyun baş tutacaq. B qrupunun ilk görüşündə İspaniya və Xorvatiya milliləri üz-üzə gələcəklər. Bu görüşün start fiti saat 21:00-da veriləcək. Qrupun digər matçında İtaliya və Albaniya milliləri qarşı-qarşıya gələcək. Oyun saat 23:00-da start götürəcək.

Turnirin açılış matçında ötən gün meydan sahibi Almaniya millisi Şotlandiyanı 5:1 hesabı ilə məğlub edib.

AÇ-2024
A qrupu

15 iyun

Macarıstan - İsveçrə - 1:3
Qollar: Duah, 12. Ebişer, 45. Embolo, 90+3 - Varqa, 66.
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Köln, “Reyn Enerqi” stadionu.