İsveçrəli futbolçu ABŞ klubundan ayrıldı
- 14 Avq 2024 22:19
- 129
ABŞ-nin “Çikaqo Fayr” klubu Cerdan Şakiri ilə yollarını ayırıb.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, isveçrəli yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.
32 yaşlı oyunçu 2022-ci ildən MLS-də çıxış edirdi. O, cari il meydana çıxdığı 12 oyunda 2 qol vurmağı bacarıb.
Şakiri ötən ay İsveçrə millisindəki karyerasını başa vurub.