İsveçrəli qapıçı milli karyerasını bitirdi
- 19 Avq 2024 15:30
- 148
İtaliyanın "İnter" klubunda çıxış edən Yan Zommer İsveçrə millisindəki karyerasını başa vurub.
Rekord.az xəbər verir ki, 35 yaşlı qolkiper bu barədə İsveçrə Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.
Zommer 2012-ci ildən yığmanın formasını geyinib. O, millidə ümumilikdə 94 matçda meydanda olub və 92 qol buraxıb. Qolkiper 35 görüşdə qapısını toxunulmaz saxlayıb.