![photo](https://rekord.az/uploads/5/3ef717a3-6f50-308a-9fe1-2fc254cb4704-850-600x300.jpg)
İtaliya ÇL-ə 5 komanda ilə qatılacaq
- 2024-04-19 16:40
- 201
İtaliyanın UEFA Çempionlar Liqasının (ÇL) 2024/2025 mövsümündə 5 komanda ilə təmsil olunacağı rəsmiləşib.
Rekord.az xəbər verir ki, bu, “Atalanta” və “Roma”nın Avropa Liqasında (AL) yarımfinala yüksəlməsi ilə dəqiqləşib.
İtaliya çempionatı UEFA-nın əmsallar cədvəlində mövsümün ən yaxşı iki liqası sırasında yer almağı təmin edib. 2024/2025 mövsümündə A Seriyasının 8 iştirakçısı avrokuboklarda mübarizə aparacaq. Onlardan 5-i Çempionlar Liqasında, 2-si Avropa Liqasında, 1-i isə Konfrans Liqasında çıxış edəcək.
İtaliyanın ÇL-dəki iştirakçı sayı hətta 6-ya da yüksələ bilər. Bunun üçün “Atalanta” və ya “Roma” AL-in qalibi olmalı, həmin komanda A Seriyasında ilk “5-lik”dən kənarda qalmalıdır.