İtaliya ilə oyunu buraxa bilər
- 04 İyl 2021 13:15
- 542
İspaniya millisinin futbolçusu Pablo Sarabiya Avro-2020-nin yarımfinalında İtaliya ilə oyunu buraxa bilər.
Rekord.az "AS"a istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi 1/4 finalda İsveçrə ilə matçın (1:1, penaltilər seriyası - 3:1) ilk hissəsində zədələnib.
O, fasiləyə kimi zədəli halda oynayıb və daha sonra əvəzlənməyi istəyib. Zədə səbəbindən futbolçunun İtaliya ilə görüşdə meydana olmaya biləcəyi vurğulanıb.
Qeyd edək ki, iyulun 6-da "Uembli" stadionunda keçiriləcək İspaniya - İtaliya oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.