İtaliya klublarının iştirak etdiyi bütün avrokubok oyunları təxirə salındı
- 12 Mar 2020 10:30
- 863
Avropa Voleybol konfederasiyası (CEV) İtaliyanın voleybol klublarının iştirak etdiyi bütün oyunları təxirə salıb. “Rekord.az” xəbər verir ki, İtaliya hökuməti və İtaliya Olimpiya Komitəsi tərəfindən görülən tədbirlər səbəbindən CEV bu ölkənin klublarının iştirakı ilə keçirilməsi nəzərdə tutulan etdiyi Avropa kuboklarının bütün oyunlarının təxirə salınmasını qərara alıb.
Qurumun rəsmi məlumatında bildirilib ki, qarşılaşmaların keçiriləcəyi tarixlər hələ bəlli deyil: “Əvvəllər heç qarşılaşmadığımız fövqəladə vəziyyətlə üz-üzəyik. Bu təkcə voleybol ailəmizə deyil, bütün cəmiyyətimizə zərər verir”.
Qeyd edək ki, İtaliya klublarının iştirakı ilə nəzərdə tutulan Çempionlar Liqası, CEV kuboku və "Challenge Cup" üzrə ümumilikdə 12 oyun təxirə salınıb.