İtaliya klubu baş məşqçi ilə yollarını ayırdı
- 28 May 2021 19:30
- 558
İtaliyanın “Verona” klubunda baş məşqçi İvan Yuriçlə yollar ayrılıb.
Rekord.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yuriçin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Xorvat mütəxəssis 2018-ci ilin yayından “Verona”nı çalışdırırdı.
“Verona” A Seriyasında mövsümü 10-cu sırada bitirib.