İtaliya klubu baş məşqçisini istefaya göndərdi
- 21 Dek 2020 19:15
- 527
İtaliyanın “Cenoa” klubu baş məşqçisi Rolando Maranla yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə, komandanın uğursuz çıxışına görə Maranın istefaya göndərildiyi bildirilib. 57 yaşlı mütəxəssis avqustdan sözügedən komandaya rəhbərlik edirdi.
“Cenoa” İtaliya A Seriyasında 13 turdan sonra 7 xalla 19-cu pillədə qərarlaşıb.