İtaliya klubu baş məşqçisini qovdu
- 04 Noy 2019 17:42
- 923
İtaliyanın “Breşiya” klubu baş məşqçisi Eugenio Korini ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 49 yaşlı mütəxəssisin müqaviləsinə xitam verilib. İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub.
“Breşiya” A Seriyasında 10 turdan sonra 7 xalla 18-ci sırada qərarlaşıb.