İtaliya klubu baş məşqçisini qovdu
- 01:11
- 25
"Cenoa" baş məşqçi Alberto Cilardinyo ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlayıb.
Məlumatda veteran hücumçuya gələcək karyerasında uğurlar arzulanıb.
Cilardinyo 2022-ci ilin dekabrından "Cenoa"ya rəhbərlik edirdi. Onun rəhbərliyi ilə genuyalılar A Seriyasının cari mövsümündə 12 turdan sonra 10 xal toplayıblar.