İtaliya klubu baş məşqçisiylə yollarını ayırdı
- 07 Yan 2021 19:20
- 578
İtaliyanın “Parma” klubu baş məşqçisi Fabio Liverani ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
45 yaşlı mütəxəssis A Seriyasının 16-cı turunda "Atalanta"ya 0:3 hesabı ilə uduzduqları oyundan sonra istefa verib. Liverani ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Fabio Liverani 2020-ci ilin avqustunda baş məşqçi təyin olunmuşdu.
“Parma” A Seriyasında 16 turdan sonra 12 xalla 18-ci sırada qərarlaşıb.